30 Sentyabr 2025
Bu gün Göygölün yaranma günüdür30 sentyabr 1139-cu ildə baş vermiş güclü Gəncə zəlzələsi nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsmişdir. Nəticədə Azərbaycanın ən füsunkar təbiət incilərindən biri olan Göygöl yaranmışdır. Şəffaf suyu və dərinliyi ilə seçilən bu göl əsrlərdir şeirlər, rəsm əsərləri və musiqilərdə tərənnüm olunur.