21 Noyabr 2025
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.Əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.