15 Noyabr 2025
COP30 çərçivəsində “Yaşıl artım portalı”nın rəsmi təqdimatı keçirilibBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal “Yaşıl artım portalı”nın yekun versiyasının təqdimatı keçirilib. Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.