24 Fevral 2026
Su çərşənbəniz mübarək!
23 Fevral 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq Ana Dili Günü münasibətilə “Rəsmi-işgüzar üslubda Azərbaycan ədəbi dilinin düzgün yazı qaydaları” mövzusunda təlim proqramı təşkil olunub. 20 Fevral 2026 Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər. 19 Fevral 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti görüşlər Bakı şəhərində yerləşən “Zəfəran Hospital”da və Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Reabilitasiya Mərkəzi”ndə keçirilib. 18 Fevral 2026 Uşaqlar arasında ekoloji biliklərin artırılması və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici görüş təşkil olunub.