03 Mart 2026
3 Mart Ümumdünya Vəhşi Təbiət Günüdür3 mart tarixi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 dekabr 2013-cü il tarixli qərarına əsasən “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd vəhşi fauna və floranın zənginliyini, onların ekosistemlərin davamlılığında və insan həyatında oynadığı mühüm rolu diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətin təbiətə qarşı məsuliyyət hissini gücləndirməkdir.