21 İyun 2022 İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. 21 İyun 2022 Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir. 18 İyun 2022 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib. 18 İyun 2022 İlk aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 iyun tarixində keçiriləcək.