08 Avqust 2022
Arzu Babayeva ziyarətçiləri milli parklarda olarkən davranış qaydalarına əməl etməyə çağırıbAzərbaycanın zəngin flora və faunası ilə diqqət çəkən milli parklarına gələn turistlərin sayı ötən illərlə müqayisədə artmaqda davam edir. Lakin, insanların istirahət məkanına çevrilən milli parklara, təəssüf ki, bəzi vətəndaşlarımız yetərincə diqqət göstərmir. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.