Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq bu gün Qəbələ, Şamaxı, Sabirabad və Bərdə rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq.
Ölkə ərazisində yağışlı hava şəraitinin olmasına baxmayaraq ağacəkmə və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 13-də Kəlbəcər, Laçın, Şuşada hava əsasən yağmursuzdur, arabir duman müşahidə olunur. Qərb küləyinin sürəti 3-8 m/s-dir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Abşeron və Xaçmaz rayonlarının ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.