24 Fevral 2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” birgə ağacəkmə aksiyası keçirib.Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər.