Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.