30 Aprel 2026
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcəkAzərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində 5 iyun 2026-cı il tarixində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək. Tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusu altında keçiriləcək.