23 Mart 2023
Azərbaycanda meteorologiya sahəsində "Erkən Xəbərdarlıq Sistemi"nin təməli qoyulur23 mart "Ümumdünya Meteorologiya Günü" kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.