"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Lənkəran, Siyəzən və Xaçmaz rayonları akvatoriyasında, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür və Həkəri çaylarında sintetik torlar aşkar edilib.
Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri və yeni meşə əkinləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, eləcə də Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, İsmayıllı və Qobustan rayonlarında keçirilib, meşə fondu torpaqlarında 5300 ədəd müxtəlif növ ağac tingi əkilib.