02 Dekabr 2025
Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib.Festival çərçivəsində professor-müəllim heyəti və təhsil alanlar üçün Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş silsilə sessiyalar baş tutub. Tədbirdə sosial, iqtisadi və ekoloji dayanıqlılıq istiqamətləri üzrə müxtəlif qurum və təşkilatların nümayəndələri çıxış ediblər.