13 Mart 2023
Azərbaycanın bank və sığorta sektorundan təbiətə töhfə: ildə 100 min ağac əkiləcəkEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə həyata keçirilən tədbirlərin davamı olaraq, ölkə ərazisində yaşıllıq sahələrinin daha da genişləndirilməsini nəzərdə tutan yeni əməkdaşlıq layihəsinin icrasına başlanılıb.