Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib. Bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
26 may tarixində Zəngilan rayonunun inzibati ərazisində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair ictimai dinləmə keçiriləcəkdir.
Outofthewild və digər kampinq qruplardan ibarət təşkil olunan düşərgədə iştirakçılar təbiət qoynunda əyləncəli gün keçirib, maraqlı və intellektual oyunlar oynayıblar.