Xəzər dənizinin Azərbaycan sektorunda Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən ekoloji monitorinqlər başa çatıb. Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən keçirilən monitorinqlər zamanı Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb.
Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Dövlət Neft Fondunun rəsmilərinin, əməkdaşlarının, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədrinin və könüllülərin iştirakı ilə keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 504 metr uzunluğunda 28 ədəd sintetik tor götürülüb.