“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı şəhəri, Lənkəran və Astara rayonları akvatoriyasından, Şəmkir və Ağstafaçay su anbarlarından 2420 metr uzunluğunda 32 ədəd sintetik tor götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində Hirkan Milli Parkında turizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib.
Tədbirdə ETSN-in, Çexiya səfirliyinin, Dövlət Turizm Agentliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak edib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Şəki şəhərində yanğından mühafizə mövzusunda regional müşavirə keçirilib.