Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar dünən və bugün Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Gədəbəy, Sabirabad, Hacıqabul, Lənkəran, Astara və Lerik rayonlarında ictimai dinləmələr keçirilib.
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Şabran və Siyəzən rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirak edir, ikitərəfli görüşlər keçirir.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının tədbiri çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüşlər davam edir.