Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
26-27 aprel tarixlərində keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərenerji” ASC-nin, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin əməkdaşları, icra və bələdiyyə nümayəndələri, aidiyyəti dövlət orqanlarının yerli qurumlarının mütəxəssisləri, Sudan İstifadəedənlər birliklərinin səlahiyyətli şəxsləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt və Astara şəhərləri akvatoriyasından, Kür çayından, Şəmkir su anbarından və Baş Mil-Muğan Kollektorundan sintetik torların yığışdırılması həyata keçirilib.
Ekotur zamanı tələbələrə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parklardakı vəhşi fauna və yabanı flora növləri haqqında məlumatlar verilib, vəhşi təbiətin mühafizəsi istiqamətində müzakirələr aparılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Şabran rayonu akvatoriyasında, Mingəçevir, Şəmkir su anbarlarında və digər daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.