23 Dekabr 2025
Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirilibAzərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovla görüşüb.