24 İyul 2023
“Tullantıları ekoçantaya dəyiş” aksiyası Masallıda keçirilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 23 iyul tarixində “Tullantıları ekoçantaya dəyiş” aksiyası Masallıda "Rahat” marketin qarşısında keçirilib. Aksiya zamanı vətəndaşlar plastik və şüşə tullantıları, işlənmiş batareyaları təhvil verərək əvəzində ekoçanta əldə ediblər.