17 İyun 2023
17 iyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.Bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiya qəbul edilib. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.