08 Avqust 2023
Masallı rayonunda qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Masallı rayonunun Yolağacı kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.