Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti iməciliklər Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Tala meşəbəyliyində, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyində, Astara rayonu, Qoşa bulaq adlanan dağlıq ərazidə, Xızı rayonu, Sərəki bulağı adlanan ərazidə və Tovuz rayonu, Əsrik dərəsi adlanan ərazidə keçirilib.
“Təmiz ölkəm” aksiyası çərçivəsində Kür çayının Şirvan şəhəri ərazisindən, Qudyalçay çayının Quba rayonu ərazisindən, Göyçay çayının Göyçay şəhəri ərazisindən keçən hissəsində, Tərtərçay və Qoşqarçay çaylarının sahillərində təmizlik aksiyaları keçirilib.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Bərdə, Göyçay, Ağdam və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.