14 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Beyləqan rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.