“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-dən, Kaspi liseyindən, “Araz” marketlər şəbəkəsinin “AGA Biznes Mərkəzi”ndə yerləşən baş ofisindən və Yasamal filialından ümumilikdə 128 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Masallı şəhəri Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində 2 mərtəbəli 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə 14 iyul 2023-cü il tarixində saat 11:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında keçiriləcək.
9 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Grandmart” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Novxanı qəsəbəsində Grandmart marketin qarşısında “Şüşə tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib.