08 İyul 2023
Meşə əraziləri tullantılardan təmizlənib
Bu gün 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 6 və 7 saylı meşəbəyliklərində, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyində, 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Salyan və Şirvan meşəbəyliyində, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində, 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Bıçaqçı meşəbəyliyində, 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka və Dəstəfur meşəbəyliklərində, 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Zurnabad və Goranboy meşəbəyliklərində, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Soyuqbulaq meşəbəyliyində, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Girdiman meşəbəyliyində, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Kortala meşəbəyliyində və 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Layısqı meşəbəyliyində təmizlik aksiyaları keçirilib.