Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
29 iyul tarixində Lerik rayonunun Vizəzəmin meşəbəyliyində, Şabran rayonunun Dənizkənarı meşəbəyliyində, İsmayıllı rayonunun Qalınçaq meşəbəyliyində, Ağcabədi rayonunun 5 saylı meşəbəyliyində, Zaqatala rayonunun Muğanlı meşəbəyliyində, Goranboy rayonunun Yeni Ağcakənd meşəbəyliyində, Gədəbəy rayonunun Qalakənd meşəbəyliyində və Qəbələ rayonun Yenikənd meşəbəyliyində təmizlik aksiyaları keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.