19 Oktyabr 2023
“Odun tədarükü nədənsə ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir”Qazlaşdırılmayan kəndlərin əhalisinin, həmçinin Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində oduncaq tədarükü işləri aparılır və təkcə ötən həftə ərzində 3901 m3 oduncaq tədarük olunub.