31 Avqust 2023
Altıağac Milli Parkının yaranma günü ilə əlaqədar milli parkda tədbir keçirilibMikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndindəki ev-muzeyinin əməkdaşlarının, yerli turizm, mədəniyyət idarələrinin nümayəndələrinin, Xızı rayon Xələnc kənd ümumi orta məktəbinin müəllim və şagirdlərinin, ekokönüllülərin və yerli sakinlərin iştirak etdiyi tədbirdə rayonda fəaliyyət göstərən müxtəlif yaş təbəqələrini əhətə edən dərnəklərin əl işləri və regiona məxsus müxtəlif incəsənət nümunələri, saxsı qablardan ibarət guşə nümayiş olunub.