Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xudat şəhəri, 3-cü şöbə adlanan ərazisində tullantıların qalaqlanması faktı müəyyən edilib.
2 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin və bələdiyyələrin nümayəndələrinin, Mingəçevir “Asan Xidmət” könüllülərinin və sakinlərin iştirakı ilə Türyançay çayının Ağdaş rayonundan, Kür çayının Salyan şəhərindən keçən hissəsində, Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Lənkəran rayonunun Sütəmurdov kəndinin Xəzər dənizi sahilində, Xızı rayonu Sərəki bulağı ətrafında iməciliklər keçirilib.
2 sentyabr Lənkəran rayonunun Haftoni, Tovuz rayonunun Yanıqlı, Saatlı rayonunun Saatlı, Siyəzən rayonunun Siyəzən, Quba rayonunun Quba, İsmayıllı rayonunun Qalınçaq, Göygöl rayonunun Hacıkənd, Zaqatala rayonunun Car, İmişli rayonunun 6 saylı, Masallı rayonunun Masallı, Ağdam