02 Noyabr 2023
Nazirliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilibAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov tərəfindən Nazirliyin 50-yə yaxın gənc əməkdaşına korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə təlim keçirilib.