10 Oktyabr 2023
Hava şəraiti haqqında məlumatMilli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib.