24 Oktyabr 2023
Azərbaycan iqlim dəyişmələrinə təsirlərin yumşaldılması üzrə beynəlxalq səylərdə iştirak edirİqlim dəyişmələri bəşəriyyəti narahat edən qlobal problemlərdən biridir. Əhalinin sayının artması, iqtisadiyyatın inkişafı və digər amillər atmosferə atılan istixana effekti yaradan qazların artmasına gətirir ki, bu da öz növbəsində iqlimin istiləşməsini sürətləndirir və bütün ekosistemlərə mənfi təsirlə nəticələnir. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.