"Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var."
Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağac əkilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.