20 Noyabr 2023
18 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı 500 ədəd Abşeron yarımdasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.