Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan, Ağgöl Milli Parkı ərazisində isə balıq ovuna cəhd edən şəxs saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Dünya Torpaq Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 5 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq elan edilib. Hər ilin bu günü torpaqların dayanıqlığının təmin edilməsi, deqradasiyadan, çirklənmədən qorunması, effektiv və rasional istifadəsi kimi məsələlər gündəmə gətirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib.