24 Dekabr 2023
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.