16 Yanvar 2024
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun 60-cı sessiyası öz işinə başlayıb16 yanvar 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) 60-cı sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edir.