07 May 2025
Sumqayıtda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilibTullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması və yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Bravo supermarketin qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.