24 Yanvar 2024
Leyla Həsənova COP29-un Gənc İqlim Çempionu vəzifəsinə təyin edilib.Leyla Həsənova ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. Bakalavr təhsili zamanı Türkiyənin Kadir Has Universitetində “Siyasət və Beynəlxalq münasibətlər” üzrə akademik mübadilə proqramında iştirak etmişdir.