21 Mart 2024
Bu gün Beynəlxalq Meşələr GünüdürBMT-nin Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün 2012-ci ildən etibarən hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır.