Tədbir Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, ekologiya sahəsi üzrə maraqlanan yerli və xarici tələbələrin iştirakı ilə baş tutub.
Konqo Respublikasının ətraf mühit, davamlı inkişaf və hövzə üzrə naziri xanım Arlette Soudan Nonault ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kürdəmir rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai fəallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.