09 Aprel 2024
İstismarı yekunlaşan faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinə və ağacəkmə aksiyalarına start verilibDövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərdə ağacəkmə aksiyası keçirilib. Agentliyin, MMC-nin əməkdaşlarının, Qazax rayon icra hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə 7 hektar sahədə torpaq-iqlim şəraitinə uyğun 1600 ağac əkilib.