Xüsusi mühafizə olunan təbiət ərazilərinin zəngin biomüxtəlifliyi və ekoturizm potensialı barədə məlumatlılığı artırmaq məqsədilə Xızı rayon Xələnc kənd ümumi orta məktəbinin şagirdlərinin Altıağac Milli Parkına səfəri təşkil olunub.
Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Şahdağ Milli Parkının Qəbələ, Oğuz, Quba, Qusar bölməsində, Türyançay Dövlət Təbiət Qoruğunda, Zaqatala Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə ətraf mühitin müxtəlif sahələri üzrə keçirilən silsilə tədbirlər davam edir.
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizinin Xaçmaz, Siyəzən, Lənkəran, Astara rayonları, eyni zamanda Bakı şəhərinin Sabunçu, Pirallahı və Xəzər rayonları akvatoriyasından, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.