22 May 2026
Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunubBirləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə “Strateji Ekoloji Qiymətləndirmə şəhərsalma planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” mövzusunda tədbir keçirilib.