26 Fevral 2025
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarını anıbXocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, soyqırım qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.