15 İyun 2024
15 iyun - Milli Qurtuluş Günü
14 İyun 2024 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 2024-cü ilin 27-28 iyun tarixlərində Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək Üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu keçiriləcək. Forum tullantıların azaldılması və ekoloji problemlərin həlli istiqamətində yeni strategiyaların formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə təşkil olunur. 14 İyun 2024 Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələri Kür çayına buraxılıb. 14 İyun 2024 Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 14 İyun 2024 Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib.