19 Noyabr 2026
Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Qobustan şəhəri E.Vəliyev adına 2 nömrəli, İsmayıllı şəhəri İ.Həsənov adına 1 nömrəli, Göyçay rayonu M.Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəblərinin, eləcə də Bərdə rayonunun Güloğlular və Lerik rayonunun Piran kənd məktəblərinin şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.